Nuri Fətiyev:"Qızıl medalımı iş yerimdə saxlayıram"
Alfa Liqanın ilk çempionu “Peçat Dönər”in uğurunda komandanın kapitanı və qapıçısı Nuri Fətiyevin xüsusi rolu oldu. Bütün oyunlarda çərçivəni qoruyan Nuri, xüsusilə 1/8 finalda penaltilər seriyası ilə yekunlaşan görüşün qəhrəmanına çevrildi. Sportfm.az saytı hazırda çempionluğun sevincini yaşayan və paralel Sloveniya səfərinə hazırlaşan kapitanın geridə qalan Alfa Liqa ilə bağlı fikirlərini öyrəndi.
- Alfa Liqada ən çətin oyununuz?
- “Galaxy” ilə ¼ final görüşü.
- Ən asan oyununuz?
- “Universal”a qarşı matç.
- Qoruduğun çərçivənin toruna daxil olan ən təəssüfləndiyin zərbə?
- “Galaxy” ilə oyunda Akif Hümbətovun ikinci dəfə cərimə zərbəsindən vurduğu qol məni çox üzdü.
- Ən vacib qurtarışın?
- 1/8 finalda oyunsonrası penaltilərdə “Borçalı” futbolçularının üçüncü zərbəsini dəf etməyim.
- Ən gözəl seyvin?
- Finalda KATV1-in 9 nömrəli oyunçusunun (Elçin Məmmədov – red.) “doqquzluğa” endirdiyi zərbə zamanı etdiyim seyv.
- Komandanızın vurduğu ən gözəl qol?
- Şəhriyar Zamanovun finalda vurduğu qol.
- Sənə görə “Peçat Dönər”in lideri kimdir?
- Məşqçimiz Rəcəb Fərəczadə.
- Nə zaman anladınız ki, çempion olacaqsınız?
- Yarımfinalda LSS ilə görüşdəki “geri dönüş”dən sonra.
- Çempionluğu necə qeyd etdiz?
- Yeriniz məlum, əla bir qonaqlıqla(gülür).
- Qızıl medalını harda saxlayırsan?
- İş yerimdə, ofisdə.
- Sloveniyadakı ÇL-də hədəfiniz?
- Növbəti sürprizə imza atmaq.
- Sevdiyin dönər növü?
- Peçat Dönərin toyuq əti ilə lavaş dönəri (gülür). Hər kəsə məsləhət görürəm.
Oxşar xəbərlər
Alfa Liqaya yekun vuruldu, Rəcəb Fərəczadə məşqçi kimi ilk kubokunu qazandı
Alfa Liqada finalçıların adı məlum oldu
Alfa Liqada yarımfinalçılar məlumdur
Alfa Liqa: "Galaxy" 1/4 finalda, "Borçalı" uduzdu
Alfa Liqa: "Zirə" və "Uğur" 1/8 finalda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası