reklam
Alfa Liqa:
Sportfm.az xəbər saytı

Alfa Liqa:"Galaxy" 1/4 finalda, "Borçalı" uduzdu


Minifutbol üzrə Alfa Liqada 1/8 final mərhələsinin oyunlarına start verilib. 

Sportfm.az xəbər verir ki, Azərbaycan MiniFutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirin 1/4 finalında iştirak edəcək 6 komandanın adına aydınlıq gəlib. 

Bunlar İCE, Peçat Dönər, Galaxy, Turin, Sirena Motors və Timsport-dur. 

Oyunsonrası açıqlamalar:

Mixayıl Şakaya, İCE-nin oyunçusu: “Turnrin təşkilatına söz ola bilməz. Stadionlar, hakimlər, azarkeşlər, komandalar bir sözlə hər şey yüksək səviyyədədir. Çempionatda zəif komanda yoxdur.Təəssüfki, 3 oyunçumuz cəzalı durumdadır. Xüsusilə Sadıqov Ağa-Rəhim komandanın aparıcı oyunçusudur. Ancaq yarımfinalda oynaya bilərlər. Yarımfinala isə hələ çıxmaq lazımdır. Lakin bugünki kimi meydanın hər qarışı uğrunda mübarizə aparsaq düşünürəmki, finala qədər irəliləyə bilərik”.

Sergey Kutuzov, İCE-nin oyunçusu: “Alfa Liqada ilk oyunum idi. Çempionatın atmosferi məni yaxşı mənada təəcübləndirdi. Əsl kişi mübarizəsinə şahid oldum Rəqib də zəif deyildi. Deyərdimki, komandamızın üzünə şans daha çox güldü. Bugünki əzmlə çıxış etsək hətta Rusiya həvəskar liqalarında da mübarizə apara bilərik. Bildiyim qədərilə yığmanız avqustda Kiyevdə ilk dəfə Avropa çempionatında çıxış edəcək. Komandanıza uğurlar arzu edirəm. Rəqiblərinizdən Çexiya ilə son qitə çempionatının finalında qarşılaşmışdıq. Zədə üzündən həmin AÇ-ni buraxmalı olmuşdum. Lakin oyunu televiziya vasitəsilə izləmişdim və deyə bilərəmki, Çexiya oyun baxımından yaxşı təşkilatlanmış, güclü komandadır. Təəssüfki, sizin yığmanın oyununa görməmişəm. Amma yenə də deyirəm oyuna yaxşı köklənməklə, əzmkar mübarizə aparmaqla istənilən rəqibi məğlub etmək mümkündür. Millinizə uğurlar arzulayıram”.

Nuri Fətiyev, “Peçat Dönər”in kapitanı: “Çox gərgin, maraqlı oyun keçdi. Rəqibimiz çox güclü komanda idi. Bərabər səviyyəli oyun keçdi. Həm biz həm rəqib qol vəziyyətlərindən istifadə edə bilmədi. Onların da qapıçısı çox gözəl oyun nümayiş etdirdi. Oyunun taleyi penaltilərə qaldı. Penaltilər seriyası da lotoreya kimidir. Qismət oldu biz qalib gəldik. Amma özümə inanırdım. Hər üç zərbənin istiqamətini tapdım. İCE-nin qapıçısı Elvin Zeynalovun mənə tribunadan verdiyi məsləhətlərin də çox köməyi oldu. Qələbə qazanmağımızda qurduğu düzgün taktika və lazımi tapşırıqlarıyla ən çox məşqçimiz Rəcəb Fərəczadənin payı və köməyi oldu. Növbəti mərhələdəki rəqibimiz olan “Galaxy” də çox güclü komandadı. Onlara qarşı oyuna çox ciddi hazırlaşacağıq. İnşaallah qələbə qazanacağıq”.   

Dilqəm Paşalı, “Turin”in oyunçusu: “Oyuna tam köklənə bilməmişdik. Uşaqlarda həm yorğunluq var idi həm oyunları alınmadı. Hər iki qapıçı gözlənilməz qollar buraxdılar. Təbii ki, bu futboldu və belə səhvlər olur. Rəqib hesabda 4:3 önə keçəndə düşündüm ki, turnir bizim üçün bitdi. Hamısı oyuna məsuliyyətsiz yanaşmamızın nəticəsi idi. Lakin bu rəqibin əzmkarlığına, gözəl oyununa qarşı bəhanə deyil. Həqiqətən “Rezident” layiqli mübarizə apardı. Penalti zərbələri lotoreyadır. Amma vurğulamalıyamki, qapıçımız rəqibindən bir qədər daha diqqətli və üstün oynadı. Bu oyun bizim üçün bir dərs oldu, bizi ayıltdı. Anladıq ki, hər bir rəqibi ciddiyə almaq vacibdir.  İnşaallah digər oyunlara final oyunu kimi çıxacağıq. Sonda rəqibi bir daha gözəl oyuna görə təbrik edirəm. Növəbti mərhələyə bir komanda çıxmalıydı və sevinirəmki, bu “Turin” oldu.

Elnur Əhmədov, “Bayern Baku”nun oyunçusu: “Oyun ağır keçdi. Hər iki komanda meydanda yetərincə mübarizə apardı. İlk hissədə nədənsə oyunumuz alınmadı. Xüsusilə də aparıcı oyunçumuz Həbib Amanovun. İkinci hissədə toparlansaq da lazımi nəticəni əldə edə bilmədik. Bəlkə də bir az səbirli oynasaydıq yaxşı olardı. Amma ki, qismət... Komandada sanki yorğunçuluq var idi. Hakimlik də qənaətbəxş idi”.

Oxşar xəbərlər

Bütün komandalar final şansını cavab oyununa saxladı - ALFA LİQA
Alfa Liqada finalçıların adı məlum oldu
Eyyub Əliyev: Rəqiblər üçün sürpriz komandayıq
Alfa Liqada yarımfinalçılar məlumdur
"Borçalı" qələbə ilə başladı, "Sirab" rəqibi önündə "tab gətirmədi" - Alfa Liqaya start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər