"Neftçi"nin gələcəyi küçədə qalıb! - ÖZƏL
"Neftçi"nin Macarıstan klubuna məğlub olaraq, Avroliqada mübarizəni dayandırması hələ də müzakirə olunur. Ancaq bu klubla bağlı müzakirə olunası daha önəmli məqam var. Söhbət "Neftçi"nin aşağı yaş qruplarında çıxış edən futbolçuların küçədə qalmasından gedir. Bəli, məhz küçədə qalmasından. Belə ki, Sportfm.az saytının əldə etdiyi məlumata görə, regionlardan "Neftçi"nin futbol akademiyasına seçilən uşaqlar heç yana yerləşdirilmədiyi üçün məşqlərdən kənarda qalıb. Faktiki olaraq, onların böyük bir qisminin Bakıda qalmağa yeri olmadığı üçün acınacaqlı durum yaranıb. Aydın məsələdir ki, əsas komandaya transfer edilənlərin başlarını gizlədib, ayaqlarını nümayiş etdirən klub rəhbərliyi buna bir don geyindirib vəziyyətdən çıxacaq. Ancaq reallıq odur ki, ölkə futbolunun bayraqdarı "Zirə", "Keşlə", "Qarabağ" və digərlərindən fərqli olaraq, azyaşlı futbolçularına yiyə durmur. Artıq bir çox futbolçunun valideyni övladlarını başqa klublara aparır.
Qeyd edək ki, ötən il bu durumdan çıxmaq üçün "Rəvan"ın Qaraçuxur qəsəbəsindəki bazası icarəyə götürülmüşdü.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |