“Neftçi”nin məhv edilən gələcəyi və qara eynəkli AFFA nümayəndəsi
Köhnə "Neftçibaza"da AFFA-nın aşağı yaş qrupları üzrə ölkə çempionatlarının matçları keçirilir. Müxtəlif liqalarda 1/4 final mərhələsinin oyunlarının baş tutduğu məkanda bəzi komandalar federasiyasının əndrabadi qərarı ilə ev sahibi kimi meydana çıxır. Ən maraqlısı isə odur ki, komandalar cavab qarşılaşmalarını da "Neftçibaza"nın "yatmış" sintetikasında oynamalıdı. Belə olan təqdirdə isə ev və səfər oyunları anlayışı ortadan qalxır. Halbuki uşaq futbolunda bu anlayışı aşılamaq Azərbaycan futbolu üçün çox vacibdir. Bizim peşəkar futbolçularımızın səfərdə dizlərinin necə əsdiyini uzun illərdir hamımız müşahidə edirik. Avropanın əksər ölkələrində azyaşlı uşaqlar mütləq şəkildə ev və səfər matçları qaydalarına əməl edərək meydana çıxırlar.
Təbii ki, həmişə olduğu kimi belə oyunlarda əsas rolllarda yenə bəzi valideynlər olur. "Setka"nın arxasından məşqçiyə taktika öyrədən kim, hakimlərin hər qərarını etirazla qarşılayan kim? Valideynlərin arasında görüşləri emosional şəkildə izləyənlər də üstünlük təşkil edir. Bu həftə həmin valideynlərin sırasına italiyalı cütlük də qoşulmuşdu. Bəli, "Neftçi"də çıxış edən Lorenzo Mezzoteronun atası və anası. Apennin yarımadasından ölkəmizə təşrif buyuran əcnəbilər digərlərindən fərqli olaraq soyuq hava altında hamıdan çox qalmalı oldular. Buna səbəb isə anasının oyunboyu "Loro" deyə çağırdığı azyaşlının sözün əsl mənasında göz görə-görə məhv edilməsidi. Futbolçu "Neftçi"nin 2008-ci il təvəllüdlü futbolçularından ibarət komandasında başdan-sona qədər mübarizə apardıqdan həmən sonra, dincəlmədən 12 yaşlıların heyətində "Sabah"a qarşı meydana çıxdı. Lorenzo həmin görüşdədə oyunboyu meydanda oldu. Və bütün bunlar AFFA nümayəndələrinin gözü qarşısında baş verirdi. Nəfəs almadan gərgin iki qarşılaşamada mücadilə edən "Neftçi"nin 11 yaşlı gələcəyi bu gedişlə bizim futbolçular kimi Biləcəridən o yana gedə bilməyəcək. O yaşda uşaq meydana çıxdığı oyundan sonra minimum bir gün dincəlməlidi. Yaxşı yadımdadı, bir dəfə Lorenzo "Neftçi"nin heyətində Gürcüstanda keçirilən turnirə qatılmışdı. "Neftçi” (U-9) – "Dinamo məktəbi” (U-9) oyununun ilk hissəsindən (1:2) sonra gürcülər bunadək U-10-da da oynamış Mezzoteronun U-9-un formasını geyinməsinə etiraz edib. 2008-ci il təvəllüdlü, yəni 9 yaşlı futbolçunun həm U-10, həm də U-9 komandasının heyətində meydana çıxmasının reqlamentə zidd olmadığı sübuta yetirilsə də, rəqib komanda etirazından əl çəkməmişdi. Nəticədə "Neftçi” birinci hissədə qol vurmuş Lorenzo Mezzoteronun xidmətindən fasilədən sonra yararlana bilməmişdi. Təəssüflər olsun ki, "Neftçi" rəhbərliyi başqa azyaşlı hücumçular yetişdirmək əvəzinə asan yola əl atır. Belə çıxır ki, flaqmanın futbol məktəbində Lorenzodan başqa uşaq yoxdur. Çox maraqlıdı, sabah bu "Loro" İtaliyaya qayıdanda(mütləq qayıdacaq)necə olacaq, meydana kim çıxacaq?
Unutmadan, uşaq liqaları ilə daha bir maraqlı məqamı qeyd edim. "Neftçibaza"ya son səfərimdən sonra məlum oldu ki, bu yarışlara idman jurnalistlərini buraxmırlar. Jurnalist vəsiqəmi göstərərək, matçları meydanın kənarından izləmək istədiyimi bildirsəm də, qara eynəkli AFFA nümayəndəsi olan gənc buna icazəm olmadığını söylədi. Belə olan təqdirdə isə təbii ki, mən də oyunları "setka" arxasından seyr etməli oldum.
Araz Əhmədov
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |