Oynamadan gümüş medal aldı
Dünya çempionatının qrup mərhələsinin ilk oyunundan sonra Xorvatiya millisinin heyətindən kənarlaşdırılan Nikola Kaliniçə də gümüş medal veriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının nümayəndəsi Tomislav Paçak məlumat verib. O bildirib ki, federasiya bu qərarı futbolçular və məşqçilərin ixtiyarına buraxıb. Onlar isə hesab edirlər ki, Xorvatiyanın dünya ikincisi olmasında Kaliniçin rolu olmasa da, futbolçu bu medalı almağa layiqdir. Çünki o, xorvatların mundiala vəsiqə qazanmasında yaxından iştirak edib. Hətta Yunanıstanla pley-off mərhələsinin matçında qələbə qolunun müəllifi olub.
Xatırladaq ki, Kaliniç DÇ-2018-in qrup mərhələsinin ilk turunda Nigeriya ilə matçın sonuna 5 dəqiqə qalmış çiynində ağrı olduğunu bəhanə gətirərək, əvəzetmədən meydana çıxmaq istəmədiyi üçün komandadan kənarlaşdırılmışdı. Yığmanın baş məşqçisi Zlatko Daliç isə bunun ilk dəfə baş vermədiyini bildirərək, Kaliniçi evə göndərmişdi.
Oxşar xəbərlər
Xorvat futbolçu gümüş medaldan imtina etdi
Xorvatiya millisindən kənarlaşdırılan futbolçuya gümüş medal veriləcək
Yığmanın üzvləri baş məşqçidən imtina edir!
Hücumçu mundialdan qovuldu
Xorvatiyadan inamlı, İsveçrədən minimal hesablı qələbə - DÇ-2018: Avropa zonasında pley-off mərhələsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası