Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Xorvatiya millisindən kənarlaşdırılan futbolçuya gümüş medal veriləcək
Rusiyada keçirilən 2018-ci il dünya çempionatının gedişində Xorvatiya millisinin heyətdən kənarlaşdırılan Nikola Kaliniçə gümüş medal veriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə mundialın finalında Fransa kollektivinə 2:4 hesabı ilə uduzan Xorvatiya millisinin press-ataşesi Tomislav Paçak bildirib.
“Yığma üzvləri qərara gəldilər ki, Kaliniç də dünya çempionatının medalını alsın”, - Paçak 24sata.hr saytına söyləyib.
Qeyd edək ki, Kaliniç qrup mərhələsində Nigeriya ilə görüşün sonlarında (2:0) əvəzetmədən meydana daxil olmaqdan imtina etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.
Oxşar xəbərlər
Xorvat futbolçu gümüş medaldan imtina etdi
Oynamadan gümüş medal aldı
Mundialın finalında 29 klub nümayəndəsi
Hücumçu mundialdan qovuldu
Xorvatiyadan inamlı, İsveçrədən minimal hesablı qələbə - DÇ-2018: Avropa zonasında pley-off mərhələsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası