reklam
Xorvat futbolçu gümüş medaldan imtina etdi
Sportfm.az xəbər saytı

Xorvat futbolçu gümüş medaldan imtina etdi


Rusiyadakı dünya çempionatının gedişində Xorvatiya millisinin heyətdən kənarlaşdırılan Nikola Kaliniç ona verilən gümüş medaldan imtina edib. 

Sportfm.az xəbər verir ki, bu barədə 30 yaşlı hücumçunun özü bildirib. O, gümüş medalı istəmədiyini söyləyib: "Medal üçün təşəkkür edirəm. Amma mən Rusiyadakı mundialda oynamamışam".

Qeyd edək ki, daha öncə Xorvatiya Futbol Federasiyasının sözçüsü Tomislav Paçak Nikola Kaliniçə medal veriləcəyini deyib. Kaliniç DÇ-2018-in qrup mərhələsində Nigeriya ilə görüşün sonlarında (2:0) əvəzetmədən meydana daxil olmaqdan imtina etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.

Oxşar xəbərlər

“Neftçi” Rusiyadakı turnirdən imtina edəcək - Beynəlxalq turnir
Anri baş məşqçi olmaqdan imtina etdi!
Oynamadan gümüş medal aldı
Xorvatiya millisindən kənarlaşdırılan futbolçuya gümüş medal veriləcək
Hücumçu mundialdan qovuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər