Karateçilərimiz “Turkish Open”də 9 medal qazandı
Azərbaycan karateçiləri Türkiyənin İstanbul şəhərində ənənəvi beynəlxalq “Turkish Open” turnirində 9 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, Fərid Savadov (13 yaşlı uşaqlar, 40 kq) Tale Yaqubov (14 - 15 yaşlı yeniyetmələr, 63 kq) və Fərid Ağayev (14 - 15 yaşlı yeniyetmələr, 70 kq) yarışın qalibi olub.
Elcan Məmmədrzayev (18 yaşdan yuxarı, 60 kq), Neda Rezai (18 yaşdan yuxarı, kata), Suzanna Aslanova (14-15 yaşlı yeniyetmələr, kata) və Malik Məmmədli (6 - 7 yaşlı uşaqlar, 35 kq) gümüş medal əldə edib. Hüseyn Hüseynzadə (14 - 15 yaşlı yeniyetmələr, +70kq) və Murad Hacızadə isə (18 yaşdan yuxarı, +84 kq) bürünc medala yiyələnib.
Beləliklə, Azərbaycan yığması 3 qızıl, 4 gümüş və 2 bürünc medalla 22 ölkə arasında 5-ci yeri tutub. “Turkish Open”də 32 ölkədən 1083 idmançı mübarizə aparıb.
Oxşar xəbərlər
“Baku open” beynəlxalq turnirin ilk qalibləri müəyyənləşdi - FOTO
Gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandı - FOTO
Bakıda beynəlxalq karate turniri keçiriləcək
Yığmamızdan 3 qızıl medal
Karateçilərimiz Qran Pri turnirini 10 medalla başa vurdu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda















Misli Premyer Liqası