reklam
Roberto Bordin:
Sportfm.az xəbər saytı

Roberto Bordin: "Çox üzgünəm..."


"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin "Uypeşt”lə ilk oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

Sportfm.az xəbər verir ki, italiyalı mütəxəssis komandadan və nəticədən razı qaldığını deyib:

"Komandamdan və nəticədən çox razıyam. Futbolçulardan həm də ona görə razıyam ki, qol buraxandan sonra özlərinə gələ bildilər. Fikrimcə, bizim üçün çox gözəl oyun oldu. Şanslarımız az deyildi. Hətta 3 qol vuraraq, oyunu öz xeyrimizə çevirə bildik. Komandamızın üzvləri xarakter göstərdilər. Namik Ələskərova görə çox üzgünəm, dizindən zədələndi. Zədəsinin nə qədər ciddi olduğu hələ ki məlum deyil, amma ümid edirəm, yaxşı olacaq. Futbolçularımızın fiziki durumundan da razı qaldım. Çünki Namik zədələnəndə 10 dəqiqə azlıqda oynadıq və bu müddət ərzində komanda ikiqat güc sərf etdi. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar oyun başlayandan sonadək bizi dəstəklədilər”.

Oxşar xəbərlər

"Oyundan və nəticədən razı qaldım" - Qurban Qurbanov
Roberto Bordin növbəti mövsümdən danışdı
Roberto Bordin: "Sübut etdik ki, güclü komandayıq"
"Ola bilsin futbolçuları düzgün kökləyə bilməmişdik" - Roberto Bordin
"Bəzi şeyləri yaxşılaşdırmaq lazımdı ki, biz də bunu edəcəyik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər