reklam
Sportfm.az xəbər saytı

"Oyundan və nəticədən razı qaldım" -Qurban Qurbanov


"Vacib 3 xal qazandıq. Oyunçular çox əziyyət çəkdilər. Yaxşı komandaya qarşı oynadıq və qalib gəldik. Oyundan və nəticədən razı qaldım".

Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli baş məşqçi Ramil Şeydayev haqqında da danışıb: "Bəzən futbolçuda inamsızlıq olur. Belə şey yoxdur ki, bir qol vursa, hər şey qaydasına düşəcək. İstəyindən əl çəkməməlidir. Hər futbolçudan faydalanmağa çalışırıq. Şeydayev qarşıda daha yaxşı olacaq".

Qurbanov Bəhlul Mustafazadənın oyunundan razı qaldığını sözlərinə əlavə edib: "Neçə oyun meydana çıxmadığı üçün ayağında ağrı oldu. Çox çalışır, məşq edir. Zədəsi ciddi deyil".

Oxşar xəbərlər

"Komandamın çıxışından razı qaldım" - Qurban Qurbanov
"Futbolçular çox yoruldular" - Qurban Qurbanov
"Futbolçularımdan razı qaldım" - Qurban Qurbanov
"Komandanın sərgilədiyi oyundan razı qaldım"
Qurban Qurbanov: "Təlim-məşq toplanışından razı qaldım"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər