reklam
Roberto Bordin növbəti mövsümdən danışdı
Sportfm.az xəbər saytı

Roberto Bordin növbəti mövsümdən danışdı


"Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasında 28-ci turunda "Qarabağ” 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. 

Sportfm.az xəbər verir ki, italiyalı mütəxəssis oyunu şərh edib:

"Komandamın oyunundan və çempionatın səviyyəsindən tam razıyam. Düzdür, biz birinci yerdə idik, amma bəzi oyunlarda xallar itirdik. Sonadək mübarizə apardıq. Oyun məni qane etdi. "Qarabağ” bunadək çempionluğu təmin etsə də, bu gün hər iki komanda yaxşı oyun göstərdi. Ümumilikdə çempionatı dəyərləndirsəm, komandamızın oyunundan razıyam. Çempionluq uğrunda güclü komandaya qarşı mübarizə apardıq. Moldova və Azərbaycan çempionatlarının hərəsinin öz yeri var. Burada çox yaxşı futbolçular gördüm. Onlarla işləmək xoşdur. Növbəti mövsümə çox ciddi hazırlaşıb, çempionluq uğrunda mübarizə aparacağıq”.

Oxşar xəbərlər

"Azərbaycan millisi yaxşı komandadır" - Roberto Bordin
"Tural Axundovun vurduğu qol oyumunuzu gözəlləşdirdi" - Roberto Bordin
Roberto Bordin: Rəqibə ortada oyun qurmağa icazə verdik
"Ola bilsin futbolçuları düzgün kökləyə bilməmişdik" - Roberto Bordin
Roberto Bordin: "Çox üzgünəm..."

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər