"Qəbələ"nin gənc futbolçularına "qırmızı işıq" -PROBLEM
Gənc və perspektivli azərbaycanlı futbolçuların ölkə xaricinə yollanmasında problem yaranıb.
Sportfm.az saytının məlumatına görə, "Qəbələ" futbol akademiyasının yetirmələri Fərid Nəbiyev və Rövlan Muradovun “Slaviya Praqa” klubuna keçidindən sonra Çexiyaya başqa azərbaycanlı gənclərin getməsində problem yaranıb. Belə ki, Praqa klubunun futbol akademiyasının rəhbərliyində baş verən dəyişiklikdən sonra aşağı yaş qrupları üzrə komandaların heyətlərində yalnız yerli gənclərə yer vermək qərara alınıb. Akademiya rəsmilərinin qərarına əsasən, bundan sonra Azərbaycan və digər ölkələrdən gənc və perspektivli futbolçular alınmaycaq.
Qeyd edək ki, "Slaviya"nın böyük pullar xərcləyərək yaratdığı futbol akademiyası Şərqi Avropada ən yaxşılardan biri hesab olunur.
Oxşar xəbərlər
Rövlan vurur, praqalılar alqışlayır - FOTO
Azərbaycanlı futbolçu Çexiya klubuna qələbə qazandırdı - FOTO
Çexiya klubunda daha bir azərbaycanlı - FOTO
Çexiya klubu iki azərbaycanlı futbolçunu baxışa çağırdı - FOTO
"Slaviya" Praqa 19 yaşlı azərbaycanlı futbolçu ilə müqavilə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası