Azərbaycanlı futbolçu çempion komandada qalmaq istəmir
Gənclər millimizin yarımmüdafiəçisi Fərid Nəbiyev karyerasını «Slaviya»da davam etdirməyəcək.
Sportfm.az xəbər verir ki, futbolçu icarəyə verilməsi üçün klub rəhbərliyinə müraciət edib.
«Qəbələ»nin yetirməsi daha çox oyun praktikası qazanmaq üçün bu qərara gəlib. Onunla Çexiya və Slovakiyanın birinci liqa komandaları maraqlanır. «Slaviya» hazırda gələn təklifləri gözdən keçirir.
Fərid ötən mövsümün Praqa təmsilçisinə transfer olunub və 21 yaşlılardan ibarət komandada çıxış edib. Bu ilin əvvəlində işçi vizası ala bilmədiyindən, Gürcüstana getməli oldu.
Birinci dəstədə mübarizə aparan «Şeverdani»də forma geyindi. Sənəd problemi mayda yoluna qoyulan Nəbiyev iyunun 15-dən Çexiyadadı. Ayın 18-dən əsas komandanın məşqlərinə qatılır.
Oxşar xəbərlər
U-16 Liqası: "Bürünc""Neftçi"!
U-16 Liqası: "Vətən" çempionu məğlub edə biləcəkmi?
U-16 Liqası: "Kiçik qardaş" "Böyük qardaş"ı məğlub etdi
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası