Oxatma üzrə Azərbaycan çempionatına yekun vuruldu -FOTO
Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) təşkilatçılığı ilə ölkə çempionatı keçirilib.
Sportfm.az xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan birincilikdə üç yaş kateqoriyası üzrə qızlar və oğlanlar yarışıblar. Açıq havada keçirilən və iki gün davam edən çempionat gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb.
Böyüklər arasında yarışda kişilərdə Cahan Musayev, qadınlarda Yaylagül Ramazanova ölkə çempionu adını qazanıblar. Yeniyetmə yaş kateqoriyasında oğlanlarda birinci yeri Sahib Abilov, qızlarda isə Nəzrin Zamanova tutub. Uşaqlar arasında Əli Süleymanov və Aytən Hüseynzadə yarışın qalibi olublar.
Qaliblərə, həmçinin yarışda ikinci və üçüncü pilləni tutmuş idmançılara diplom və pul mükafatı təqdim olunub.
Qeyd edək ki, kamandan oxatma idmanı Olimpiya idman növləri sırasına daxildir.
Oxşar xəbərlər
Avropa Oyunlarında yeni idman növü - Muay tay
Bakıda "Birlik Kuboku" keçirildi - FOTO
Xumar və Səbinə qalib oldular - Azərbaycan birinciliyinin
Azərbaycanlı oxçu II Avropa Oyunlarına vəsiqə qazandı
Karate üzrə açıq Bakı turnirinə yekun vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası