Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda "Birlik Kuboku" keçirildi -FOTO
Sentyabrın 5-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) təşkilatçılığı ilə Bakı Olimpiya İdman Kompleksində Paralimpiya və Olimpiyaçı idmançıların iştirakı ilə kamandan oxatma növü üzrə “Birlik kuboku” açıq yarışı keçirilib.
Sportfm.az xəbər verir ki, yarışda komitənin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, idman şöbəsinin müdiri, eyni zamanda, “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək milli komandanın şef-de-missionu Rauf Mürsəlov, Azərbaycan Kamandan Oxatma Federasiyasının nümayəndələri iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin tövsiyəsi ilə yarış açıq hava şəraitində keçirilib. Kubok yarışlarında 20 idmançı mübarizə aparıb.
Kişilər arasında 70 metrəyə atış (Recurve 70 m)
1-ci yer: Əhməd Hüseynov – olimpiyaçı
2-ci yer: Cahan Musayev – paralimpiyaçı
3-cü yer: Məmmədəli Əliyev – olimpiyaçı
Qadınlar arasında 70 metrəyə atış (Recurve 70 m)
1-ci yer: Svetlana Simonova – olimpiyaçı
2-ci yer: Yaylagül Ramazanova – olimpiyaçı
3-cü yer: Ozay Qasımova – olimpiyaçı
Kişilər arasında 50 metrəyə atış (Compound 50 m)
1-ci yer Vüsal Kazımov – paralimpiyaçı
2-ci yer Rüfət Orucov – olimpiyaçı
Oxşar xəbərlər
İlqar Rəhimov atletlər kəndində idmançılarla görüşdü - Tokio-2020
Azərbaycanın paralimpiya yığması Tokioya yola düşdü - FOTO
Azərbaycan komandasının geyiminin təqdimatı oldu - Tokio-2020
Olimpiya və Paralimpiya komitələri arasında memorandum imzalandı
Oxatma üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














.jpg)
Misli Premyer Liqası