Xumar və Səbinə qalib oldular -Azərbaycan birinciliyinin
Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən idman kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir.
Sportfm.az xəbər verir ki, yarışın ikinci günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşib.
Oğlanlar arasında İslam Rəhimov (50 kq), Vüsal Qələndərzadə (66 kq), Hüseyn Dadaşov (90 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan birinciliyinin qalibi olublar. Xumar Qasımzadə (40 kq), Səbinə Qədirova (52 kq) və Emilya Mirzəyeva (70 kq) isə qızlar arasında keçirilən yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.
Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də yekun vurulacaq.
Qeyd edək ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.
Oxşar xəbərlər
Paytaxtın ən güclüləri bilindi
Cüdo üzrə respublika birinciliyi başa çatdı - FOTO
Cüdo Federasiyası ölkə birinciliyində yenilik etdi
Cüdoçular arasında Azərbaycan birinciliyi davam edir - FOTO
Cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vuruldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası