Avropa Oyunlarında yeni idman növü -Muay tay
2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha iki idman növünün daxil edilməsi təqdiqlənib.
Sportfm.az xəbər verir ki, bunlar kamandan oxatma və tay boksu olaraq bilinən muay tay idman növüdür.
Kamandan oxatma 2015-ci ildə Bakıdakı I Avropa Oyunlarının, 2019-cu ildə isə Belarusun paytaxtı Minskdəki II Avropa Oyunlarının proqramında yer alıb.
Muay tay isə 2023-cü ildə Avropa Oyunlarında debüt edəcək. III Avropa Oyunlarında muay tay yarışları gender bərabərliyi nəzərə alınmaqla, təşkil ediləcək. Bu səbəbdən, həm kişilərdə, həm də qadınlarda 7 çəki dərəcəsi olacaq.
Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.
Oxşar xəbərlər
Nazir gimnastikanın Avropa Oyunlarından çıxarılmasına təəssüfləndi
III Avropa Oyunlarının proqramına daha bir idman növü daxil edildi
Avropa Oyunlarında daha iki idman növü
İki idman növü proqrama daxil edildi - III Avropa Oyunları
III Avropa Oyunlarına 23 idman növü daxil edildi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası