reklam
Karate üzrə açıq Bakı turnirinə yekun vuruldu
Sportfm.az xəbər saytı

Karate üzrə açıq Bakı turnirinə yekun vuruldu


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş karatenin WKF versiyası üzrə açıq Bakı turniri keçirilib.

Sportfm.az xəbər verir ki, yarışda paytaxt və Sumqayıtdan olan idmançılarla yanaşı Xaçmaz, Gəncə, Şəmkir, Şəki, Qusar, Biləsuvar, Lənkəran, Salyanı təmsil edən 300-ə yaxın idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıblar.

Qızlar arasında ən kiçik (6 yaş) yaşda mübarizə aparan idmançılar arasında mükafata layiq yerləri Mədinə Kazımova, Nəzrin Soltanlı, Nuray Vəlizadə, oğlanlar arasında isə Orxan Musayev, Nazim Hacıyev, Ayxan Aslanov tutublar.

Qeyd edək ki, iKlk üç yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müxtəlif dərəcəli diplom və xatirə hədiyyələri təqdim edilib.

Oxşar xəbərlər

Sambo üzrə açıq Bakı birinciliyinə yekun vuruldu - FOTO
Kapoeyra üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşdi
Gənclər arasında sambo üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
Abbasova Bakıda ən güclüdür!
Əhmədov hamıdan güclüdür!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər