reklam
Azərbaycanlı oxçu II Avropa Oyunlarına vəsiqə qazandı
Sportfm.az xəbər saytı

Azərbaycanlı oxçu II Avropa Oyunlarına vəsiqə qazandı


Sportfm.az xəbər verir ki, azərbaycanlı kamandan oxatan Ozay Qasımova 2019-cu ildə Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanıb.

O, 27 sentyabr – 1 avqust tarixlərində Polşanın Leqniça şəhərində təşkil olunmuş Kamandan Oxatma üzrə Avropa Çempionatının fərdi kvota yarışlarında 4-cü yeri tutaraq bu nailiyyəti əldə edib.

Avropa Çempionatında iştirak edən qadınlardan ibarət komandamız isə 24 ölkə arasında 9-cu yerin sahibi olub. Bu nəticə Azərbaycan Kamandan Oxatma Federasiyası (ARKOF) adına qazanılmış uğurdur.

Komanda yarışlarında Yunanıstan çempion olarkən Norveç ikinci, İsveç isə çüncü yerə çıxıb.

Kamandan Oxatma idmanı Olimpiya İdman növləri sırasına daxildir. “AS Qrup İnvestment” ARKOF-un rəsmi dəstəkçisidir. 

Oxşar xəbərlər

Avropa Oyunlarında yeni idman növü - Muay tay
Bakıda "Birlik Kuboku" keçirildi - FOTO
Minskdə İkinci Avropa Oyunları start götürür
"Bundan sonra Azərbaycan millisində çıxış etməyəcəyik” - Ukraynalı idmançı
Oxatma üzrə Azərbaycan çempionatına yekun vuruldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər