reklam
Sportfm.az xəbər saytı

"Keşlə" Azərbaycan Kubokunu qazandı


Bu gün Azərbaycan kubokunun final oyunu keçirilir. 

Sportfm.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək matçda “Qəbələ” və “Keşlə” üz-üzə gələcək. Hər iki komanda bu günə kimi ölkə kubokuna sahib olmayıb. “Qəbələ” iki dəfə, “Keşlə” isə (“İnter” adı altında) 4 dəfə həlledici matça vəsiqə qazansa da, kuboka yiyələnə bilməyib. 

Cümhuriyyətimizin 100 illik yubileyi günündə keçiriləcək qarşılaşma Azərbaycandan növbəti avrokubok mövsümünə qatılacaq sonuncu komandanın adına aydınlıq gəlməsi baxımından əhəmiyyətlidi. “Keşlə” bugünkü matçdan qalib ayrılsa, ölkəmizin növbəti avrokubok mövsümündəki son iştirakçısı olacaq. Əks halda isə bu “bilet” ölkə çempionatını 4-cü pillədə başa vurmuş “Zirə”yə qismət olacaq. 

Qarşılaşma saat 20:00-da start götürəcək. 

28 may (bazar ertəsi)
Azərbaycan Kubokunun finalı
 

20:00 “Keşlə” – “Qəbələ” 1:0 Qol: Pərdis Fərcad-Azad
Hakimlər:
 Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi : Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

 

Oxşar xəbərlər

"Keşlə" - "Neftçi" matçının vaxtı açıqlandı
Final oyununun hakim təyinatları açıqlandı
Azərbaycan kuboku: Qəbələdə ev sahibi "Keşlə" olacaq
"Qəbələ" "Kəpəz"ə, “Neftçi" "Keşlə"yə qarşı
Azərbaycan Kuboku, ¼ final mərhələsinin oyun cədvəli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər