Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Samir Əbdürrəhmanovun böyük uğuru
Bu gün futbol üzrə 11 yaşlılar arasında Azərbaycan çempionatının qalibi məlum olub.
Sportfm.az xəbər verir ki, Bayıl Arenada baş tutan həlledici görüşdə Samir Əbdürrəhmanovun çalışdırdığı "Vətən"lə, İslam Kərimovun rəhbərlik etdiyi "Neftçi" ilə üz-üzə gəlib. Bu dəfə gənc mütəxəssis Əbdürrəhmanov bir il əvvəlki məğlubiyyətin əvəzini çıxaraq, U-11 liqasının qalibi olub. Gərgin keçən final matçında "Vətən" rəqibini 4:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki , "Vətən" 1/8 finalda Azəri TİM-i, 1/4 finalda Tovuz şəhər stadionunda "Turan"ı böyük hesabla yenərək yarımfinala çıxıb. Yarımfinalda isə Əbdürrəhmanovun yetirmələri "Leon"dan üstün olub.

Oxşar xəbərlər
Samir Əbdürrəhmanov 35! - Bu gün onun ad günüdür
"Vətən" U-11 liqasının qalibi oldu - FOTOLAR
U-11 Liqası: Əbdürrəhmanovla Kərimovun ikinci dueli
"Vətən"in məşqçisi Rusiya "Lokomotiv"ində - FOTOLAR
"Baku Cup-2017" turnirinin qalibi "Vətən" oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası