reklam
Sportfm.az xəbər saytı

"Vətən" U-11 liqasının qalibi oldu -FOTOLAR


AFFA-nın təşkilatçılğı ilə keçirilən U-11 liqasının qalibi məlum olub.

Sportfm.az xəbər verir ki, Bayıl stadionunda keçirilən final matçında Samir Əbdürrəhmanovun çalışdırdığı "Vətən" İslam Kərimovun rəhbərlik etdiyi "Neftçi" ilə üz-üzə gəlib. Xeyli sayda azarkeşin izlədiyi oyunda hesabı "sarı-qaralar" açıb. Görüşdə ikinci qolu da "Vətən"in kiçikyaşlı futbolçuları vurub. 0-2 hesabı ilə geri düşən "Neftçi"nin oyunçuları ruhdan düşməyərək, rəqibin qapısına 2 dəfə yol tapıb. Sonradan hərəyə bir dəfə fərqlənən komandaların arasındakı dueldə son nöqtəni "Vətən" qoyub 4-3. Ötənilki məğlubiyyətin əvəzini çıxmaq üçün meydanda var gücü ilə mübarizə aparan "Vətən"in oyunçuları qarşılaşmanının sonuna yaxın rəqibi daha bir dəfə də meydanın mərkəzinə dəvət edərək, 2017/18 il mövsümünün qalibi ünvanını qazanıb. 

Fotolar: Sportfm.az

Oxşar xəbərlər

“Vətən” U-12 Liqasının qalibi oldu - FOTO
Samir Əbdürrəhmanovun böyük uğuru
U-11 Liqası: Əbdürrəhmanovla Kərimovun ikinci dueli
"Baku Cup-2017" turnirinin qalibi "Vətən" oldu
"Vətən" klubu "Bakı"nın bazasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər