reklam
Sportfm.az xəbər saytı

"Vətən"in məşqçisi Rusiya "Lokomotiv"ində -FOTOLAR


"Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin məşqçisi Samir Əbdürrəhmanov Moskvaya yollanıb. 

Sportfm.az saytı xəbər verir ki, 25 dekabr 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən fəxri ada layiq görülən mütəxəssisin səfərinin məqsədi Rusiya paytaxtını təmsil edən "Lokomotiv"in uşaq-futbol akademiyası ilə tanışlıqdır. "Dəmiryolçular"ın akademiyasının iş prinsipi ilə tanış olan yığmamızın sabiq üzvü, aşağı yaş qrupları üzrə komandaların məşqlərini də izləyib. Yerli futbol məktəbinin seleksiya xarakterli məşqlərini seyr edən Əbdürrəhmanov bu gün komandanın baş məşqçisi Yuri Syominlə görüşəcək. 

Qeyd edək ki, Samir Əbdürrəhmanovun çalışdırdığı “Vətən” FK 6-10 aprel 2017-ci il tarixlərində Türkiyənin İzmir şəhərində start götürən beynəlxalq turnirdə 10 yaşadək komandalar arasında qalib adını qazanaraq, Avstriyanın paytaxtı Vyanada keçirilən “Champions Trophy” turnirinin final mərhələsinə vəsiqə əldə edib. Həmçinin, onun rəhbərliyi altında "Vətən"in 11 yaşlılardan ibarət komandası Türkiyədə iştirak etdiyi son beynəlxalq "Limra Cup" turnirində üçüncü olub.

 

Oxşar xəbərlər

Samir Əbdürrəhmanov 35! - Bu gün onun ad günüdür
Rusiya klubundan azərbaycanlı məşqçiyə təklif var - ÖZƏL
"Vətən" Türkiyədə vətənimizi təmsil edəcək - FOTO - VİDEO
Yuri Syomin azərbaycanlı məşqçi ilə görüşdü - FOTO
“Vətən”in məşqçisi Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı - FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər