reklam
Sportfm.az xəbər saytı

"Baku Cup-2017" turnirinin qalibi "Vətən" oldu


"Baku Cup-2017" turnirinin qalibi məlum olub. 

Sportfm.az xəbər verir ki, "Leon" futbol klubu və AFFA-nın təşkilatçılığı ilə 11 yaşlılar arasında keçirilən turnirin final matçında "Vətən" və "Neftçi" İK klubu üz-üzə gəlib. Samir Əbdürəhmanovun çalışdırdığı "Vətən" klubunun kiçikyaşlı futbolçuları "Neftçi"li həmyaşıdlarının qapısından 7 cavabsız top keçirərək "Baku Cup-2017" turnirinin qalibi olublar. Final qarşılaşmasından sonra turnirin mükafatlandırma mərasimi keçirilib. "Vətən" futbol məktəbinin direktoru Mustafa Həsənov tədbirdə çıxış edərək turnir iştirakçılarına xoş arzularını çatdırıb. Sonra söz AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadəyə verilib. O da öz növbəsində sözügedən turnirin futbolun kütləviləşməsində olan mühüm rolundan danışaraq, qalibləri təbrik edib.
Sonra mükafatçılar sırasında yer alan "Əlincə" və"Neftçi" İK-yə mükafatlar təqdim edilib. Ardından müxtəlkif nominasiyalar üzrə turnirin ən yaxşıları seçilmiş futbolçular mükafatlandırılıb. Tədbirin sonunda qalib "Vətən"ə medallar və çempionluq kuboku təqdim edilib.

Oxşar xəbərlər

"Keşlə" daha bir kubok qazandı - FOTO
“Vətən” U-12 Liqasının qalibi oldu - FOTO
"Vətən" U-11 liqasının qalibi oldu - FOTOLAR
U-15 Liqasının qalibi mükafatlandırıldı - FOTO
“Çelsi”nin qalib olduğu turnirdə, klubumuzun uğurlu çıxışı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər