reklam
Vəlixanov qaliblər sırasına daxil oldu
Sportfm.az xəbər saytı

Vəlixanov qaliblər sırasına daxil oldu


Şahmat kompozisiyalarının tərtibi üzrə FİDE-nin  6-cı dünya kubokunda sonuncu (üçgedişlilər) bölməyə yekun vuruldu. 

Sportfm.az xəbər verir ki, həmyerlimiz, yardımmat bölməsinin qalibi Kənan Vəlixanov bu bölmədə də uğurlu çıxış edərək qaliblər sırasına daxil oldu.

Kənanın 3 gedişli məsələsi makedoniyalı hakim Zoran Qavrilovski tərəfindən 6-cı mükafatla təltif edildi. Beləliklə bəstəçimiz iştrak etdiyi bütün bölmələrdə yüksək nəticə göstərdi.

Kənan ikigedişlilər bölməsində Tərifnamə, üçgedişlilər bölməsində 6-cı mükafat, Yardımmat bölməsində isə qızıl medal qazandı. 
Qeyd edə ki, Kənan Vəlixanov ən mötəbər olimpiya, dünya və Avropa turnirlərində 15 dəfə təltif olunmuşdur. Bunlardan 4-ü qızıl medal, 2-si isə bürünc medallardır.

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci oldu
Azərbaycan gimnastı dünya kubokunda qızıl medal qazandı
Güləş millimiz Avropa üçüncüsü oldu! - 3 qızıl və 1 gümüş
Karateçilərimiz 2019-cu ilə 76 qızıl, 109 gümüş və 97 bürünc medalla yekun vurur
Makedoniyada şahmat üzrə dünya çempionatı keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər