Karateçilərimiz 2019-cu ilə 76 qızıl, 109 gümüş və 97 bürünc medalla yekun vurur
Azərbaycan Milli Karate Federasiyası 2019-cu ili uğurla başa vurur.
Sportfm.az xəbər verir ki, müxtəlif yaş qruplarında karateçilərimiz 2019-cu ildə beynəlxalq yarışlarda – 62 qızıl, 46 gümüş, 76 bürünc medal qazanıblar. Belə ki, yeniyetmə və gənclərin Avropa çempionatında 4 qızıl və 1 bürünc, böyüklərin Avropa çempionatında 1 qızıl, yeniyetmə və gənclər arasında dünya çempionatında 2 gümüş və 5 bürünc, Avropa Oyunlarında isə 1 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edilib.
WKF-nin rəsmi turnirlərində - 2 qızıl və 1 bürünc medal dünya kubokunda, 3 qızıl, 4 gümüş və 7 bürünc medal “Karate1” Premyer Liqa turnirlərində, 1 qızıl, 1 gümüş və 1 bürünc medal “Karate1” Seriya A turnirlərində, 2 qızıl, 3 gümüş və 5 bürünc medal isə gənclərin liqa turnirlərində qazanılıb.
İl ərzində beynəlxalq turnirlər və rəsmi yarışların ümumi nəticələrini nəzərə alsaq, müxtəlif yaş qruplarında milli komandanın üzvləri 76 qızıl, 109 gümüş və 97 bürünc olmaqla, ümumilikdə 282 medala sahib olublar. Ölkədaxili beynəlxalq turnirlərdə yerli idmançılar böyük üstünlük təşkil etdiyindən, onların nəticələri rəsmi statistikaya daxil edilməyib.
Oxşar xəbərlər
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verdi - 63 qızıl, 37 gümüş, 59 bürünc
143 medal qazanılıb - Rəqəmlər
İli 319 medalla başa vurdular - Karateçilərimizdən uğur
Rio-2016: Medal sıralaması
Rio-2016: Medal sıralaması
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı














Misli Premyer Liqası