reklam
Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci oldu
Sportfm.az xəbər saytı

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci oldu


1-2 iyun tarixlərində Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa Kubokunda Azərbaycan cüdoçuları 3 qızıl və 1 bürünc medal qazanıblar.
Sportfm.az xəbər verir ki, turnirdə 29 ölkədən 496 idmançı iştirak edib.

Azərbaycan yığması medal əyarına görə ümumi hesabda Yaponiyadan sonra ikinci, oğlanlar arasında isə Yaponiya, Serbiya, Braziliya və Gürcüstanı qabaqlayaraq birinci yeri tutub.

İkinci yarış günündə -81 kq çəki dərəcəsində Süleyman Şükürov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Eyni çəki dərəcəsində iştirak edən Məmmədrza Hacızadə beşinci yeri tutub. -90 kq çəki dərəcəsində Şamil Tuncay mükəmməl performans göstərərək qızıl medal əldə edib. +100 kq çəki dərəcəsində Kənan Nəsibov qızıl medal qazanıb. Bu çəki dərəcəsində digər cüdoçumuz Ramazan Əhmədov isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci oldu
Azərbaycan cüdoçularından ilk gündə 10 medal - Göygoldəki Avropa Kuboku
Azərbaycan cüdoçuları ikinci oldu - Dünya çempionatı
Azərbaycan cüdoçularından böyük uğur - 9 medal
Azərbaycan cüdoçularından Avropa kubokunda 7 medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər