
III Avropa Oyunlarına "yiyə duran" yoxdur?
2023-cü ildə keçiriləcək III Avropa Oyunları müxtəlif ölkə və şəhərlərdə təşkil oluna bilər.
Sportfm.az saytı report-a istinadən xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yanez Kotsiançiç qurumun Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş seminarında bildirib.
O deyib ki, oyunların bir ölkədə və bir şəhərdə keçirilməli olduğu ilə bağlı köhnə fikir düzgün deyil:
"Hər şeydən öncə, özüm qış idman növlərinin təşkil olunduğu şəhərdə - Sloveniyanın paytaxtı Lyublyanada doğulmuşam. Hətta bir şəhərdə belə, Qış Olimpiya Oyunları zamanı uzun məsafə qət etməli olursan. Bir şəhərin mərkəzində xizək sürmək üçün dağa rast gəlmək çətin məsələdir. Artıq aralarında məsafənin qısa olduğu fərqli ölkələrin namizəd şəhərləri var. Onları birləşdirməyi düşünürük. Xüsusən də kiçik ölkələri. Güclü və sürətli nəqliyyat infrastrukturu sayəsində bu konsepsiyanı effektli şəkildə reallaşdıra bilərik".
"Bakı və Minskin Avropa Oyunlarına ev sahibliyi etməsi bizim ora dəvət edilməyimizlə reallaşdı. Vaxt yetişmişdi, seçimimiz yox idi. Lakin hazırda hiss edirəm ki, daha çox diqqət mövcuddur. Konkret olaraq, bir neçə ölkədən maraq var. Noyabrda Marbelyada keçiriləcək Baş Assambleyada tender elan ediləcək. Fikrimcə, ev sahibliyi ilə bağlı qərarı tez verəcəyik. Əminəm ki, Avropa Oyunlarının çox yaxşı perspektivi var. İlk və II Oyunlardan sonra brend daha da inkişaf edəcək".
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək.

№ | Komanda | o | x |
1 | Neftçı | 20 | 42 |
2 | Qarabağ | 20 | 42 |
3 | Zirə | 20 | 30 |
4 | Sumqayıt | 20 | 26 |
5 | Qəbələ | 20 | 23 |
6 | Səbail | 20 | 18 |
7 | Keşlə | 20 | 17 |
8 | Sabah | 20 | 16 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Turan-Tovuz | 16 | 36 |
2 | Zaqatala | 17 | 34 |
3 | Neftçi-2 | 16 | 34 |
4 | Sabah-2 | 16 | 29 |
5 | Qarabağ-2 | 17 | 26 |
6 | Kəpəz | 15 | 17 |
7 | Qaradağ Lökbatan | 16 | 16 |
8 | Keşlə-2 | 16 | 12 |
9 | MOİK | 16 | 10 |
10 | Sumqayıt-2 | 15 | 9 |