II Avropa Oyunları üçün bilet satışının tarixi açıqlandı
“Minsk 2019” II Avropa Oyunlarına bilet satışına bu il dekabrın 1-də start verilməsi planlaşdırılır.
Sportfm.az xəbər verir ki, bu barədə Oyunların marketinq üzrə meneceri Maksim Koşkalda Belarusun paytaxtı Minskdə iştirakçı ölkələrin nümayəndələrinin qatıldığı seminarda bildirib. Onun sözlərinə görə, Belarus sakinləri biletləri 2019-cu il fevralın 28-dək rəsmi sayt vasitəsi ilə əldə edə bilərlər. Digər ölkələrin vətəndaşları üçün isə biletlər gələn il martın 1-dən satışda olacaq. Həmçinin oyunların startı ərəfəsində biletləri Belarusun müxtəlif şəhərlərində fəaliyyət göstərəcək kassalardan götürmək mümkündür.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21 – 30 iyun 2019-cu ildə Belarusun paytaxtı Minskdəki 12 idman obyektində keçiriləcək. Oyunlarda 50 ölkənin 4000-dən çox idmançısı 15 idman növü üzrə 201 dəst medal uğrunda yarışacaq. 10 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Oxşar xəbərlər
III Avropa Oyunlarına yeganə namizəd ölkə müəyyənləşdi
II Avropa Oyunlarında çıxış edəcək idmançılarımızın sayı açıqlandı
II Avropa Oyunlarının biletləri satışa çıxarıldı
II Avropa Oyunlarında idman qurğularının hazır olacağı vaxt açıqlandı
İkinci Avropa Oyunları bu şəhərdə olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası