reklam
Bakıdakı avadanlıqlara zərər yetirildi -
Sportfm.az xəbər saytı

Bakıdakı avadanlıqlara zərər yetirildi -Qurum açıqlama verdi


“Formula 1” üzrə Azərbaycan Qran Prisini təşkil edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) əmlakına zərər yetirilib.

Sportfm.az xəbər verir ki, quruma məxsus əmlaka hər hansı bir şəkildə zərər vermək və ya ona sahib olmağa cəhd etmək qanununla qadağandır. Buna əməl etməyənlər barəsində müvafiq tədbirlər görüləcək: “Hazırda söküntü işlərini sürətlə davam etdiririk və bu prosesdə üzləşdiyimiz bəzi məqamlar bizi ciddi narahat etməkdədir. Yarış məkanına aid bütün tikililər və küçələrin ətrafına quraşdırılmış avadanlıqlar Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) şəxsi mülkiyyətindədir. Bu əmlaka hər hansı bir şəkildə zərər vermək və ya ona sahib olmağa cəhd etmək qanununla qadağandır. Buna əməl etməyənlər barəsində əlaqədar tədbirlər görüləcək”.

Qeyd edək ki, 27 – 29 apreldə keçirilən Azərbaycan Qran Prisinin qalibi “Mercedes” komandasının pilotu Lüis Hemilton olub.(report)

Oxşar xəbərlər

Azərbaycan Qran-Prisinə tamaşaçılar buraxılmayacaq - Formula 1
Formula 1 Azərbaycan Qran Prisi 10 min iş yeri açır!
Hemilton Rusiya Qran-prisinin qalibi oldu
Rəhimov lyuk problemindən danışdı: "Bizim səhvimizdir"
"Bakcell" "Formula 1"-in rəsmi dəstəkçisi olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər