Rəhimov lyuk problemindən danışdı: "Bizim səhvimizdir"
“Yarış çox yaxşı keçdi, yetərincə ötmələr vardı. Başlanğıcda bir qədər sakitçilik olsa da, sonradan maraqlı mübarizə izləyə bildik”.
Sportfm.az saytı reporta-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin nəticələri barədə danışarkən deyib.
Onun sözlərinə görə, yarış ərzində ötmələr, qəza və digər elementlər görmək olub: “Daniel Rikkardonun yoldan çıxandan sonra bolidini geri verən zaman Daniil Kvyatın maşını vurması maraqlı idi. Yarış insidentsiz keçdi, çox böyük publika vardı. Ötən mövsüm oluğu qədər ajiotaj vardı. Əvvəlki illərdə insanlar daha çox konsert proqramlarına maraq göstərirdilərsə, bu dəfə əsas fikirlərini yarışa yönəltmişdilər. Fikrimcə, bu ilki yarışla bağlı daha çox təsnifat mərhələsi yadda qalacaq”.
A.Rəhimov birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın "Williams" komandasının pilotu Corc Rassellin idarə etdiyi bolidin trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görməsinə də toxunub: “Lyukla bağlı olayı “Formula 1”də son 20 ildə 6 və ya 7-ci dəfədir baş verir. Bu, şəhər traslarında tez-tez olur. Monakoda iki dəfə, eləcə də Çin və Malayziya kimi qeyri-şəhər traslarında yaşanıb. Bizim səhvimizdir, heç bir insident baş vermədən yoluna qoyduq”.
İcraçı direktor SOCAR Azərbaycan Qran-prisinin 2020-ci ildə hansı tarixlərdə baş tutacağını bilmədiklərini deyib: “Formula 1” rəhbərliyi ilə danışırıq. Onlar bizə ilkin təqvimlərini verməlidirlər. İstənilən halda, elə edəcəyik ki, Bakıda “Formula 1”lə AVRO-2020-nin final mərhələsinin oyunları eyni həftəyə düşməsin”.
Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisinin qalibi “Mercedes”in pilotu Valtteri Bottas olub.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi bilindi - Formula 1
Hemilton Rusiya Qran-prisinin qalibi oldu
İlk iki yerin qalibi "Mercedec" pilotları oldu
SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verdi - FOTO
“Mayami Bakını əvəzləməyəcək” - Arif Rəhimov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu















Misli Premyer Liqası