Rus pilotun Bakı trasında etdiyi təhlükəli drift baxın nə ilə nəticələndi -FOTO
Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu, üçüncü sərbəst yürüş sessiyası zamanı da qəza baş verib.
Sportfm.az xəbər verir ki, yürüşün bitməsinə cəmi 9 dəqiqə qalmış trasda marşalların sarı, daha sonra qırmızı bayraqları dalğalanmağa başladı və sessiya məcburi dayandırıldı.
Səbəb isə "Uilyams" komandasının rusiyalı pilotu Sergey Sirotkin idarə etdiyi bolidlə 3-cü döngəyə girə bilməməsi və maşını təhlükəsizlik divarına çırpması oldu. Qəzadan dərhal evakuator yola çıxarıldı və dağılmış bolid trasdan çıxarıldı.
Qəza nəticəsində bolidin bir hissəsi demək olar ki, dağılıb. Belə ki, maşının sağ təkəri və asılqanı tam sıradan çıxıb.
Ona görə də maşının 2 saatdan sonra başlanacaq təsnifat yarışına tam hazırlanıb-hazırlanmayacağı böyük sual doğurur.
Yəni ola bilər ki, "Uilyams" təsnifat yarıışına cəmi bir maşınla qatılsın.
Qeyd edək ki, dünən sərbəst yürüşlər zamanı "Red Bull"un pilotu Makd Ferstappen də divara çırıpılaraq yürüşü dayandırmağa məcbur olmuşdu.
Oxşar xəbərlər
“Formula-2”nin sprint yarışında qəza baş verdi
Ferstappen qəza törətdi - Formula 1
SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verdi - FOTO
Azərbaycan Qran prisində ilk qəza baş verdi - FOTO
“Formula-1”: İlk test yürüşündə qəza baş verdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası