reklam
Sportfm.az xəbər saytı

"Şapokoense" faciəsinin səbəbləri məlum oldu


Braziliyanın "Şapokoense" komandasını aparan təyyarənin qəzaya uğramasının səbəbləri məlum olub. 

Sportfm.az xəbər verir ki, 71 nəfərin öldüyü faciənin səhlənkarlıq və yanacağın çatışmaması ucbatından baş verdiyi aydınlaşıb. 15 aya yaxındır hadisəni araşdıran Kolumbiya polisinin verdiyi məlumata görə, təyyarənin ekipajı enişə 40 dəqiqə qalmış yanacağın tükənməsi ilə bağlı xəbərdarlıq alsa da, buna məhəl qoymayıb. Onlara ən yaxın hava limanına enmək tövsiyə edilsə də, pilotlar yola davam ediblər. 

Qeyd edək ki, 29 noyabr 2016-cı ildə baş verən faciə zamanı təyyarədə olan 77 nəfərdən 71-i vəfat edib. 

 

 

 

Oxşar xəbərlər

İdman təyyarəsi qəzaya uğradı, 2 nəfər həlak oldu - FOTO
İdmançıların olduğu təyyarə qəzaya uğradı: çox sayda ölü var - VİDEO
Emiliano Salanın cəsədi tapıldı
Təyyarə qəzasından öncə "Şapekoense" futbolçularının son görüntüləri - VİDEO
Futbolçuları daşıyan təyyarə qəzaya düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər