reklam
Azərbaycanı Argentinada Kərimov təmsil edir
Sportfm.az xəbər saytı

Azərbaycanı Argentinada Kərimov təmsil edir


Argentina “Buenos-Ayres-2018” Yeniyetmələrin Yay Olimpiya Oyunlarının nümayəndə rəhbərlərinin iclasına ev sahibliyi edir. İki yüzdən çox ölkədən nümayəndə rəhbərləri iclasda iştirak edərək fikir mübadiləsi aparırlar.

Sportfm.az xəbər verir ki, ölkəmizi tədbirdə komandamızın bu yarışlarda nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsinin əməkdaşı Mehman Kərimov təmsil edir.

Tədbir çərçivəsində təqdimatçılar nəqliyyat, daşınma, qidalanma, mərasimlər, Yeniyetmələr Olimpiya Kəndinin rolu və funksiyası daxil olmaqla müxtəlif mövzulara toxunacaqlar.

Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidentinin iştirakı gözlənilir.

Milli Olimpiya komitələrinin 280-dən çox nümayəndəsi Gənclər Olimpiya Mərkəzinin tikintisinə, “Buenos-Ayres-2018” Oyunlarının 4 parkına baş çəkəcəklər.

Oxşar xəbərlər

Qış Olimpiya Oyunlarında ölkəmizin bayraqdarı bəlli oldu
Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq forumda iştirak edir
Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yaponiyada - FOTO
Azərbaycanın Qış Olimpiadasında iştirak şərtləri açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər