Azərbaycanın Qış Olimpiadasında iştirak şərtləri açıqlandı
7-25 fevral tarixlərində Cənubi Koreyanın Pxençanq şəhərində 2018-ci il Qış Olimpiya Oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti oyunlarda iştirak etmək üçün Cənubi Koreyanın Pxençanq şəhərinə yola düşəcək.
Azərbaycan 1998-ci ildən bəri Qış Olimpiadasında iştirak edir. Bu dəfə Qış Olimpiya Oyunlarında Azərbaycanı alpine skinig idman növü üzrə slalom və böyük slalom yarışlarına qatılacaq Patrik Braxner təmsil edəcək.
Qeyd edək ki, Atlet Pxençanq 2018 Qış Olimpiya Oyunlarına lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində qazanıb. Patrik Braxner daha öncə Soçi 2014 Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib.(sputnik.az)
Oxşar xəbərlər
“Patrik Braxner buzlu sahədə yıxılsa da, xəsarət almayıb" - Açıqlama
Olimpiadada yeganə idmançımız yarışa niyə qatılmadı?
Pxençan-2018: "Olimpiya kəndi"ndə görüş
Pxençan-2018: idmançıların paradında Azərbaycan komandasının keçidi oldu
Fərid Mansurov Cənubi Koreyada - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası