Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq forumda iştirak edir
Sentyabrın 1-də Qırğızıstanın Çolpon-Ata şəhərində MDB, Baltikyanı ölkələrin və Gürcüstanın Milli Olimpiya komitələrinin forumu öz işinə başlayıb.
Sportf.az xəbər verir ki, foruma adıçəkilən Milli Olimpiya komitələrinin prezidentləri, vitse-prezidentləri və digər üzvləri qatılıblar. Azərbaycanı tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş katibinin müavini Azər Əliyev təmsil edirlər.
12 ölkənin Milli Olimpiya komitələrinin 50-yə yaxın nümayəndə heyəti sentyabrın 4-dək birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Forum Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilir.
Oxşar xəbərlər
“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli yandırılacaq
Çingiz Hüseynzadə Lozannaya yollanır
BOK İdmançılar Komissiyası ən böyük tərkibdə toplaşacaq
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yaponiyada - FOTO
Azərbaycan nümayəndə heyəti Praqada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası