Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək.
Sportfm.az xəbər verir ki, bunu iyulun 16-da Milli Olimpiya Komitəsinin (MOK) idman şöbəsinin müdiri Həsənağa Rzayev Festivalda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olan idmançılar və onların məşqçiləri ilə görüşdə deyib.
Nümayəndə heyətinin ümumilikdə 198 nəfərdən ibarət olacağını vurğulayan H.Rzayev qeyd edib ki, festivalda Avropanın 48 ölkəsindən 3900 atlet 135 dəst medal uğrunda yarışacaq.
Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Paytaxt məktəblisi festivalda I yeri tutdu - FOTO
345 media nümayəndəsi bu yarışı işıqlandıracaq
Avropa Gənclər Yay Olimpiya Festivalına 5 min məktəbli cəlb olundu
Gürcüstanı “Bakı 2019”da 36 idmançı təmsil edəcək
“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının məşəli yandırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası