reklam
Qış Olimpiya Oyunlarında ölkəmizin bayraqdarı bəlli oldu
Sportfm.az xəbər saytı

Qış Olimpiya Oyunlarında ölkəmizin bayraqdarı bəlli oldu


Azərbaycan nümayəndə heyətinin İsveçrənin Lozanna şəhərində keçiriləcək Yeniyetmələrin Qış Olimpiya Oyunlarına hazırlıqları sona çatır. 8 yanvar tarixində nümayəndə heyəti 9-22 yanvar tarixlərini əhatə edəcək Lozanna 22020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarına yola düşəcək.

Sportfm.az xəbər verir ki, Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə iştirak edən Azərbaycan Komandasını fiqurlu konkisürmə yarışlarında Yekaterina Ryabova təmsil edəcəkdir. 9 yanvarda keçiriləcək Açılış mərasimində Azərbaycanın bayraqdarı Yekaterina Ryabova  olacaqdır. Həmçinin, Azərbaycan nümayəndə heyətinin tərkibinə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və MOK-un beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov daxildir.

Yeniyetmələrin Qış Olimpiya Oyunlarında 79 ölkədən 1872 idmançının iştirak edəcəyi gözlənilir. Bu indiyə qədər Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ən çox iştirak etmiş idmançı sayıdır.

Təşkilatçı ölkə olan İsveçrə öz tarixində ilk dəfə ən çox idmançı sayı ilə (112 idmançı) 15 idman növündə iştirak edirlər. 

Oxşar xəbərlər

Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO
"Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağam" - Yekaterina Ryabova
Azərbaycan ilk dəfə bu Olimpiadada mübarizə aparacaq
Olimpiya Oyunlarında ölkəmizi bir idmançı təmsil edəcək
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yaponiyada - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər