Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində yeddinci turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycanlı qrossmeysterlərdən Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla mübarizə aparıb. Hər iki şahmatçının görüşləri heç-heçə ilə bitib.
Hazırkı dünya çempionu norveçli Maqnus Karlsen isə Hollandiya təmsilçisi Aniş Girini məğlub edib.
VII tur
7 aprel
David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya) – 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Aniş Giri (Hollandiya) – 1:0
Vişvanatan Anand (Hindistan) - Alekandr Qrişuk (Rusiya) – 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Dinq Liren (Çin) – 0,5:0,5
Yeddi turun nəticəsinə görə, Maqnus Karlsen 5 xalla birinci, Sergey Karyakin 4,5 xalla ikinci pillədə qərarlaşıb. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3.5 xalla 3-8-ci yerlərdədirlər. Şəhriyar Məmmədyarov 2,5 xalla 9-cu, Aniş Giri isə 2 xalla 10-cu sıradadır. Turnirə aprelin 9-da yekun vurulacaq.
Oxşar xəbərlər
Soyuq Skandinaviyadan gəlib, Şəmkirdə qalib oldu - FOTO
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
"ShamkirChess 2019": IV turun görüşləri keçiriləcək
"ShamkirChess 2019": III turun görüşləri keçiriləcək
Şəmkirdə azərbaycanlıların dulei sülhlə nəticələndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası