Soyuq Skandinaviyadan gəlib, Şəmkirdə qalib oldu -FOTO
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, hazırkı dünya çempionu norveçli Maqnus Karslsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, 8-ci turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb.
Şəhriyar Məmmədyarov qara fiqurlarla autsayder Aniş Giri ilə heç-heçə edib. Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb.
Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə də yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.
8 aprel
Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Aniş Giri (Hollandiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) - Liren Dinq (Çin)
Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) - 0:1
Alekandr Qrişuk (Rusiya) - David Navara (Çexiya) - 1:0
Turnir cədvəli: 1. Maqnus Karlsen - 6 xal; 2-3. Sergey Karyakin, Aleksandr Qrişuk - 4,5 xal; 4-5. Vişvanatan Anand, Teymur Rəcəbov - 4 xal; 6-8. David Navara, Veselin Topalov, Liren Dinq - 3,5 xal; 9. Şəhriyar Məmmədyarov - 3 xal; 10. Aniş Giri - 2,5 xal
Oxşar xəbərlər
Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
"ShamkirChess 2019": IV turun görüşləri keçiriləcək
"ShamkirChess 2019": III turun görüşləri keçiriləcək
Şəmkirdə azərbaycanlıların dulei sülhlə nəticələndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası