reklam
Əhmədovun seriyası qırıldı,
Sportfm.az xəbər saytı

Əhmədovun seriyası qırıldı, "Qəbələ" finala çıxdı


Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, ilk finalçı Sumqayıtda bəlli olub. "Sumqayıt" səfərdə 0:1 hesabıyla uduzduğu "Keşlə"dən əvəz çıxmağa çalışıb. Samir Abasovun yetirmələri Avropa Liqasına çempionatdan da vəsiqə qazana bilər. "Keşlə" üçün isə Avropa arenasına vəsiqə qazanmaq üçün kubok yeganə vasitə idi. Görüş 1:1 hesablı bərabərliklə nəticələnib. Bununla da, "Keşlə" kubokun ilk finalçısı olub.   

Digər cütdə "Neftçi" "Qəbələ"ni qəbul edib. Tərlan Əhmədovun yetirmələri Qəbələdə keçirilən ilk matçda 2:1 hesabıyla qalib gələrək, cavab oyunu öncəsi böyük üstünlük əldə etmişdi. "Qırmızı-qaralar" finala vəsiqə qazanmaq üçün Bakıdan qələbə ilə ayrılmalıydı. "Neftçi"yə isə hətta 0:1 hesablı məğlubiyyət də sərf edirdi. Cavab matçında da hesabı "Neftçi" açıb. Amma böyük əzmkarlıq nümayiş etdirən "Qəbələ" ardıcıl üç qol vurmaqla "Neftçi"ni mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Qonaqlar bu oyunda hətta bir penaltini də boşa veriblər.

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları

18 aprel

Neftçi - Qəbələ 1:3 (2:1)
Qol: 
Soni Mustivar, 10 - Baqali Dabo, 20; 30. Cavid Hüseynov, 61.
Matçın 85-ci dəqiqəsində Stiven Monroz penaltidən yararlana bilməyib - kənara.
Hakimlər:
 Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev 
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. 8-ci km stadionu, 20:00

 

Oxşar xəbərlər

Yarımfinalın bütün iştirakçıları müəyyənləşdi - Azərbaycan Kuboku
100-cü qol, 30-cu qələbə
Ölkə Kubokunda ilk finalçının adı məlumdur
Yarımfinal matçlarının təyinatları açıqlandı
Azərbaycan Kuboku: "Qəbələ" - "Neftçi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər