reklam
Sportfm.az xəbər saytı

"Fənər" uşaq-futzal məktəbi "Açıq qapılar" günü keçirəcək


Futzal ölkəmizdə ən populyar idman növlərindən biri hesab edilir. Azərbaycan futbolda əldə edə bilmədiyi uğurları məhz futzalda qazanıb.

Uzun illərdən bəri bu sahədə əsas çatışmamazlıqlardan biri uşaq-futzal məktəblərinin yoxluğu hesab edilirdi. Artıq bu boşluq aradan qaldırılıb. Belə ki, Bakıda ilk peşəkar statuslu uşaq-futzal məktəbi fəaliyyətə başlayıb. Paytaxtımızın Binəqədi rayonunda yerləşən "Marafon" İdman Mərkəzində "Fənər" uşaq-futzal məktəbi bu həftədən başlayaraq may ayının sonuna kimi “Açıq qapılar” gününü keçirəcək. Həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, saat 17:00-dan etibarən futzal məktəbinin qapıları gələcək qonaqlar üçün açıq olacaq - həm gənc futzalçılarımız, həm də seçimlərdə bacarığını sınamaq istəyən hər kəs futzal məşqlərində iştirak edə bilər. "Açıq qapılar" günü çərçivəsində qonaqları məşqlər, yarışmalar, əyləncə dolu anlar gözləyir.

Seçimlərə qatılmaq üçün uşaqlar üçün mütləq lazım olan yalnız istəkdir. Seçimlər yüksək şəraiti olan idman zalında keçiriləcək. Seçim üçün gələnlər saat 17:00-da zala təşrif buyura bilər. "Açıq qapılar" günü 17:00-da start götürərək, saat 18:30-a qədər davam edəcək. Seçimlərə forma dəsti və idman ayaqqabısı(butslarla olmaz) ilə qatılmaq mümkündür.

Ağasadıq Gəraybəyli 28 B ünvanında(7-ci mikrorayon) yerləşən "Fənər" futzal-məktəbindəki seçimləri millimizin və "Araz"ın kapitanı Rizvan Fərzəliyevin rəyi əsasında, yığmamızın sabiq üzvü Rəcəb Fərəczadə, A kateqoriyalı mütəxəssis Azər Cabbarov aparacaq. Seçilən uşaqlar "Fənər" futzal-məktəbinə cəlb ediləcək. Əlaqə telefonu: 0554297453

Oxşar xəbərlər

Sakit Rzayevdən "Fənər"ə sürpriz ziyarət - FOTO
Futzala sevgisi olan hər kəsi gözləyirik!
Futzala sevgisi olan hər kəsi gözləyirik!
"Fənər" "Təhsil" liqasına qələbə ilə başladı
Azərbaycanda ilk uşaq-futzal məktəbi fəaliyyətə başladı - FOTO, VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər