Azərbaycanda ilk uşaq-futzal məktəbi fəaliyyətə başladı -FOTO, VİDEO
Futzal ölkəmizdə ən populyar idman növlərindən biri hesab edilir. Azərbaycan futbolda əldə edə bilmədiyi uğurları məhz futzalda qazanıb.
Uzun illərdən bəri bu sahədə əsas çatışmamazlıqlardan biri uşaq-futzal məktəblərinin yoxluğu hesab edilirdi. Artıq bu boşluq aradan qaldırılıb. Belə ki, Bakıda ilk peşəkar uşaq-futzal məktəbi fəaliyyətə başlayıb. Paytaxtımızın Binəqədi rayonunda yerləşən "Marafon" İdman Mərkəzində "Fener" uşaq-futzal məktəbi təsis edilib. Ağasadıq Gəraybəyli 28 B ünvanında(7-ci mikrorayon) yerləşən məktəbdə 5-12 yaş arası uşaqların məşq etməsi üçün hər cür şərait var. "Fener"in məşqçiləri isə yığma komandamızın sabiq üzvləridir. Hər həftə bir tanınmış futzalçının master-klass keçdiyi məktəbdə uşaqlar forma ilə təmin edilir. Həmçinin, futzal məktəbinin üzvlərinin müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirlərdə iştirakı təmin edilir. Daha ətraflı: https://www.facebook.com/Fener-u%C5%9Faq-futzal-m%C9%99kt%C9%99bi-323255148162083/?modal=admin_todo_tour
Oxşar xəbərlər
"İdmanı Qarabağa qaytarırıq" - SİYAHI
Sakit Rzayevdən "Fənər"ə sürpriz ziyarət - FOTO
“Sumqayıt” futzal məktəbinin açılışı oldu - FOTO
"Fənər" uşaq-futzal məktəbi "Açıq qapılar" günü keçirəcək
Rivzan Fərzəliyevdən master-klass - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası