reklam
Bu klub etdiyi transferlərə görə cəzalana bilər
Sportfm.az xəbər saytı

Bu klub etdiyi transferlərə görə cəzalana bilər


UEFA PSJ klubunu cəzalandıra bilər.

Sportfm.az xəbər verir ki, buna səbəb Paris təmsilçisinin böyük məbləğlər qarşılığında sponsorluq müqavilələri imzalamasıdır.

Fransızlar Kilian Mbappe və Neymarın transferi müqabilində 400 milyon avro pul xərcləyib. Məsələ ilə bağlı araşdırmaya başlayan qitə futbol qurumu PSJ-nin sponsorluq anlaşmalarındakı rəqəmlərin şişirdildiyini düşünür. Belə ki, klubun müxtəlif şirkətlərlə 200 milyon avro dəyərində sponsorluq müqaviləsi bağlaması şübhələrə yol açıb.

Klubun bütün hesablarını və sənədlərini yoxlamaq qərarına gələn qurum Maliyyə Feyr-Pley qaydalarına uyğun olmayan bir şey aşkarlasa, PSJ 1 il müddətinə avrokuboklardan kənarlaşdırılacaq. Bu baş verərsə, Fransa çempionluğuna yaxın olan klub gələn mövsüm Çempionlar Liqasında iştirakdan məhrum qalacaq.

Qeyd edək ki, PSJ Neymarı "Barselona"dan 222, Kilian Mbappeni isə "Monako"dan 180 milyon avroya transfer edib.(apasport.az)

Oxşar xəbərlər

London klubunun başı bəlada
"Real"dan Mbappe üçün fantastik məbləğ
"Mançester Siti" avrokuboklardan kənarlaşdırılacaq
UEFA maliyyə "feyr-pley"i qaydalarını sərtləşdirəcək
Futbol tarixinin ən bahalı transferi reallaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər