reklam
UEFA maliyyə
Sportfm.az xəbər saytı

UEFA maliyyə "feyr-pley"i qaydalarını sərtləşdirəcək


UEFA yaxın vaxtlarda maliyyə "feyr-pley"i qaydalarını sərtləşdirə bilər. 

Sportfm.az xəbər verir ki, Avropa futbol qurumu mövcud qaydalar üzərində işləmək niyyətindədir. Buna əsasən qitə klubları futbolçu transferi üçün bütün lazımi məbləği maksimum 3 il ərzində ödəməlidirlər. Nəzərdə tutulan addım qüvvəyə minsə, klubların maliyyə feyr-pleyinin tələblərini yerinə yetirməsi çətinləşəcək. 

Qeyd edək ki, Fransanın PSJ klubu 2017-ci ildə Neymarı İspaniya "Barselona"sından 222 milyon avroya transfer edib. Lakin maliyyə sənədlərində bu məbləğ 5 ilə bölünüb. Beləliklə, UEFA hər il Kataloniya təmsilçisinin xəzinəsinə 44,4 milyon avronun köçürüldüyünü nəzərə alır. 

Azərbaycan klublarından "Keşlə" mailyyə "feyr-pley"i qaydalarını pozduğu üçün 2015-ci ildə cəzalandırılıb.

Oxşar xəbərlər

10 klub avrokuboklardan kənarlaşdırılır
PSJ 10 milyon avro cərimə ediləcək - Feyr-pley qaydalarını pozdu
UEFA Türkiyə klubunu cərimələdi - Feyr-pley qaydalarını pozdu
"Trabzonspor" avrokuboklardan kənarlaşdırıldı - Feyr-pley qaydalarını pozduğuna görə
UEFA-dan italyanlara ağır cəza

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər