reklam
Tərlan Əhmədov:
Sportfm.az xəbər saytı

Tərlan Əhmədov:Heç kimə müqavilə təklif olunmayıb


Azərbaycan Premyer Liqasında 22-ci turun son matçında "Neftçi" "Sumqayıt"ı sınağa çəkib.

Sportfm.az xəbər verir ki, matçdan sonra paytaxt klubunun baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

- Cavid İmamverdiyevi "Neftçi"dən göndərənləri qınayırsınızmı?

- Mən heç kimi qınamıram. Həmişə deyirəm ki, onlar bu klubun yetirmələri idi. Və onlar burda qalmalı idi. 

- Yeni transfer Mustivarı ilk hissənin sonunda əvəz etdiniz. Bu nə ilə bağlı idi? 

- O sadəcə yorulmuşdu. Ona görə onu dəyişdirdim. 

- Namiq Ələskərov son matçlarda uğurlu çıxışı ilə yadda qalır. 

- Ona inamımız böyükdür. Namiq Slovakiyaya yollanmaq istəyirdi, ancaq alınmadı. Mən ondan əvvəlki oyununu tələb etdim. 

- Növbəti mövsüm komandanın sükanı arxasında olacaqsınız?

- Hələ ki, heç nə bilinmir. Klubda heç kimə yeni müqavilə təklif olunmayıb. Mənim müqaviləm isə mayda bitir. Növbəti mövsüm burda olacağımı bilmirəm. 

 

Oxşar xəbərlər

Tərlan Əhmədov 200-cü oyununu keçirdi
Tərlan Əhmədovdan "Forza Neftçi"yə ismarıc: Yaxşı gündə olduğu kimi, pis gündə də komandanın yanında olmaq lazımdı
Tərlan Əhmədov çempionatda hələ də futbolçuları sınamaq istəyir!
Tərlan Əhmədov: Heyəti heç vaxt dəyişmirəm
Tərlan Əhmədov:"Mən söz verə bilmərəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər