reklam
Tərlan Əhmədov:
Sportfm.az xəbər saytı

Tərlan Əhmədov:Heyəti heç vaxt dəyişmirəm


Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.

Sportfm.az xəbər verir ki, turun mərkəzi matçında "Neftçi" "Qarabağ"ı qəbul edib. Oyundan sonra keçirilən mətbuat konfransında qonaqların "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

- "Neftçi"nin 4-5 qol vurmaq imkanı oldu, ancaq yararlana bilmədi.

- Yaratdığımız imkanları qola çevirsək, daha yaxşı olardı. Bu gün oyunun stresli keçəcəyini bilirdik. Bu da futbolçulara siraət edirdi. 

- Son oyunlarda komanda inamlı təsir bağışlayır. 

- Burda hər kəsin əməyi var. Toplanışdan düzgün yararlanmışıq. 

- Deyəsən Emin Mahmudov əvəzlənməyini istəyirdi. 

- Mən qalib heyəti heç vaxt dəyişmirəm. Onun zədəsi var idi. Eminin bu gün meydana çıxması belə sual altında idi. Ancaq mən şans verdim. Gələn oyunda isə sarı vərəqəyə görə meydana çıxa bilməyəcək.

- Əvvəllər Qomesə start heyətində şans verib, Mirabdulla Abbasova 20-25 şans verirdiniz. Son oyunlarda əksinə edirsiz. Buna səbəb nədi, Lukas hazır deyil?        

- Qomesin atası rəhmətə gedib. Onun atası uzun müddət komada yatıb. Bu, “Qəbələ” ilə oyundan öncə olub. Həmin oyundan əvvəl bizim xəbərimiz var idi. Həyat yoldaşı tərcüməçiyə məlumat vermişdi. Bu cür hallar futbolçuya mənfi təsir edir. Ancaq artıq özünə gəlir. Bundan öncə Mirabdullanın çıxış etdiyi oyunlarda qalib gəlmişdik. Onun haqqını yeyə bilmərəm. Buna görə, Mirabdullaya start heyətində şans verdim.

Oxşar xəbərlər

"Qato komanda yoldaşlarının əziyyətini yerə vururdu" - Tərlan Əhmədov
Mirabdulla Abbasov: Uduza da bilərdik
Tərlan Əhmədov çempionatda hələ də futbolçuları sınamaq istəyir!
Roman Qriqorçuk: Bizə belə bir futbolçu lazımdır
"Yerli oyunçular legionerlərdən heç də geri qalmadılar" - Tərlan Əhmədov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər