reklam
Tərlan Əhmədov 200-cü oyununu keçirdi
Sportfm.az xəbər saytı

Tərlan Əhmədov 200-cü oyununu keçirdi


“Kəpəz” Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sabah”a uduzub (0:2).

Sportfm.az xəbər verir ki, həmin qarşılaşma Gəncə təmsilçisinin çalışdırıcısı Tərlan Əhmədov üçün əlamətdar olub. O, Azərbaycan çempionatında 200-cü oyununu keçirib.

52 yaşlı mütəxəssis Premyer Liqada 2013/14 mövsümündə AZAL-ın “sükanı arxasında” debüt edib. Sonradan “Neftçi” və “Keşlə”ni çalışdıran Əhmədov 2022/23 mövsümündə “Kəpəz”in baş məşqçisi təyin edilib.

Azərbaycan çempionatında 10-cu mövsümünü keçirən Tərlan Əhmədovun komandaları ümumilikdə 61 qələbə qazanıb, 51 heç-heçə edib və 88 dəfə uduzub. O, ölkə çempionatının tarixinə ən azı 200 matç keçirən 10-cu baş məşqçi kimi düşüb.

Xatırladaq ki, Tərlan Əhmədovun Premyer Liqadakı debütü 2014-cü il martın 23-də gerçəkləşib. Həmin matçda AZAL evdə “Bakı”ya məğlub olub (1:2).

Oxşar xəbərlər

Tərlan Əhmədov məşqi ləğv etdi
Tərlan Əhmədov üçün yubiley - 50-ci bərabərlik
Karyerasında 100-cü oyun - Premyer Liqada 30-cu qələbə
Tərlan Əhmədovun növbəti uğuru
"Neftçi" 3 il yarım bu anı gözlədi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər