

Tərlan Əhmədov çempionatda hələ də futbolçuları sınamaq istəyir!
Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə “Səbail”i məğlub edən (2:0) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportfm.az xəbər verir ki, Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Vacib 3 xal qazandıq. İlk hissədən yox, ikinci hissədən razı qaldım. Fasilə dövründə yoxlama oyunu keçirə bilmədik. Çünki 10 futbolçumuz, həmçinin, 3 qapıçımız millilərin düşərgəsində idi. Emin Mahmudov cəzalydı. İlkin Qırtımov isə xəstə idi, onun qzıdırması vardı. Çətin olacağını bilirdik. Futbolçularımı, azarkeşləri qələbə mübasibətilə təbrik edirəm.
- Qışda heyətə cəlb edilən legionerlərin oyunundan razısız? Onlardan bir çoxu əsas heyətə düşə bilmir...
- Mən “qalib heyəti dəyişməzlər” prinsipinə sadiqəm. Məsələn, Mirabdulla Abbasov son oyunlarda yaxşı oyun sərgiləyir, döyüşür, ona görə, bu futbolçuya şans verməkdə davam edirəm. O ki qaldı legionerlərin əsas heyətdə olmamasına, onlar hamısı səviyyəli futbolçulardı. Çalışacağıq onların formasını bərpa edək.
- Soni Mustivar bu gün komandada debüt etdi. Necə təsir bağışladı?
- Mustivar səviyyəli futbolçudu. Vaxtilə Rumıniyada “Petrolul”da kapitan olub, MLS-də çıxış edib. Həm o, həm də digər futbolçuları bu mövsümdə sınayıb baxacağıq. Bundan sonra növbəti mövsümdə kimlərlə çıxış edəcəyimizə qərar verəcəyik.
- “Qəbələ” çempionatda yenə xal itirdi. Bu komanda kubokda rəqibinizdi...
- Həm kubokda, həm çempionatda sona kimi mübarizə aparacağıq. Belə bir söz deyirlər ki, guya mən avrokuboklara vəsiqə qazanmağa söz vermişəm. Mən belə bir söz verməmişəm. Komanda Avroliqaya vəsiqə qazanıb, orda 2 mərhələ keçəndən sonra uduzacaqsa və bununla tənqidlərə məruz qalacamsa, mənə lazım deyil.
- Ramil Şeydayevin növbəti mövsümdə “Neftçi”yə keçəcəyi deyilir...
- Həmişə demişəm, indi də deyirəm, kluba mənim icazəm olmadan heç kim transfer edilmir. Ramil isə mənim transfer siyahımda yoxdu.(komanda.az)
Oxşar xəbərlər
"Meydana qələbə qazanmaq üçün çıxmışdıq" - Fizuli Məmmədov
"Hücum xəttindən razı qala bilmərəm" - Tərlan Əhmədov
"Qato komanda yoldaşlarının əziyyətini yerə vururdu" - Tərlan Əhmədov
Onlar hər oyuna motivasiya ilə çıxmasalar… - Qurban Qurbanov
Mirabdulla Abbasov: Uduza da bilərdik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"Mingəçevir" 4-cü qələbəsini qazandı