reklam
Divizionda oyun alveri: Könüllü uduzanlar var
Sportfm.az xəbər saytı

Divizionda oyun alveri: Könüllü uduzanlar var


Ölkə çempionatının I divizion son turlarının 5 qarşılaşması AFFA-nın yaratdığı xüsusi komissiyanın diqqət mərkəzindədir.

Sportfm.az xəbər verir ki, "Sabah" - "Binə" (5:0), "Xəzər" - "Mil-Muğan" (5:0), MOİK - "Qaradağ Lökbatan" (1:2), "Ağsu" - "Zaqatala" (0:1) və "Turan Tovuz" - "Şüvəlan" (1:0) matçları ciddi müzakirə obyektidir.

AFFA-ya bu matçlarla bağlı UEFA-dan siqnallar gəlib. İlk 2 oyunun bolqollu olacağına böyük pul qoyuluşları edilibsə, digər görüşlərdə konkret olaraq komandalardan birinin qələbəsi "fərqləndirilib".

Amma başqa şübhəli oyunlar da var. Bu baxımdan yenə "Turan Tovuz"la "Ağsu" seçilir. Tovuzluların 18-ci turda evdə "Zaqatala"ya 0:1, daha öncə MOİK-ə 1:2 uduzduğu oyunlar şübhəlidir. Əsgər Abdullayevin yetirmələrinin güclü rəqibləri hətta səfərdə udduğu halda evdə gözlənilməz məğlubiyyətlər alması təsadüfi deyil. Bildiyimizə görə, Tovuzdakı matçda hətta "Zaqatala" futbolçuları özləri şokda imiş. Onlar rəqibin sanki bilərəkdən uduzmaq istəməsini aşkar hiss ediblər.

Rəqibləri ala, onlarla razılaşa bilmədikdə komandaların futbolçularının öz məğlubiyyətlərinə pul qoyub buna nail olması təzə xəbər deyil. Bu baxımdan "Ağsu" da "ixtisaslaşıb". Rüfət Quliyevin yetirmələrinin məğlubiyyətlərinin çoxunu evində alması nağıl deyil. Qışdan sonra 16, 19 və 21-ci turlarda alınan ev yenilgilərindən biri xüsusilə maraqlıdır. Və yenə də bundan faydalanan könüllü təslim olan rəqibin qarşısındakı "Zaqatala" olub.

AFFA bu oyunlara da diqqət yetirsə, pis olmaz. Divizionda oyunlar əsasən, komandaların könüllü məğlubiyyəti ilə əlamətdar olur. Bu baxımdan "Turan Tovuz" və "Ağsu"nun zaqatalalılara tək qollu məğlubiyyətlərinə diqqət edilməlidi. İkinci matç yuxarıda qeyd etdiyimiz siyahıda var, lakin Tovuzdakı görüş də ora əlavə olunmalıdı.(sportinfo)

Oxşar xəbərlər

I Divizionda yeni mövsümün təqvimi açıqlandı
I Divizionda yeni mövsümün - TƏQVİMİ
"Zaqatala" ilk qələbəsini qazandı, "Ağsu" məğlub oldu
İlk tura Bakıda start veriləcək - Birinci Divizionun təqvimi
"Xəzər" evdə, "Zaqatala" səfərdə oynayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər